Yeni ÖLÜMCÜL XƏSTƏLİK yayılır


Dünya 08 Mar 2018 20:17:00 299 0

Yeni ÖLÜMCÜL XƏSTƏLİK yayılır

Nigeriyada yanvar ayından bəri yayılan Lassa epidemiyası misli görülməmiş sürətlə yayılır.

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, adı çəkilən virus artıq ölkənin azı 18 ştatına yayılıb.

Son hesablamalara görə, təkcə doqquz həftə ərzində ölkədə 110 nəfər həlak olub. Qurbanlardan savayı 353 əlavə yoluxma halı qeydə alınıb. Yoluxanlar arasında 16 tibb işçisinin olduğu deyilir.

Ümumilikdə 3 minə yaxın insan virusa yoluxmaqda şübhəli bilinir.