NATO Rusiya sərhədlərinə 45 min hərbçi göndərəcək


Dünya 07 Mar 2018 23:33:00 289 0

NATO Rusiya sərhədlərinə 45 min hərbçi göndərəcək

NATO ölkələri Rusiya sərhədlərində iri miqyaslı hərbi təlimlər keçirməyi planlaşdırır.

Son.az oxu.az-a istinadən bildirir ki,bu barədə ABŞ dəniz piyadaları korpusunun komandanı general Robert Neller bəyanat səsləndirib.

Təlimlərdə 45 minə yaxın hərbçinin iştirak edəcəyi bildirilir.

"Bu payız, oktyabr ayında NATO-nun böyük təlimi keçiriləcək. Yəqin ki, bu amfibiyaların iştirakı ilə hələ soyuq müharibənin pik dönəmlərində  "Üçbaşlı əsanın birləşməsi" adı altında keçirilən təlimlərdən bəri ən iri miqyaslı hərbi təlimlər olacaq" deyə ABŞ generalı bildirib.