NATO PAnın Baş katibi Azərbaycanı təriflədi FOTO


Siyasət 02 Mar 2018 10:56:00 281 0

NATO PAnın Baş katibi Azərbaycanı təriflədi  FOTO

Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov NATO Parlament Assambleyasının (NATO PA) Baş katibi Devid Hobbs ilə görüş keçirib.

Azərbaycan XİN-dən Son.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-NATO tərəfdaşlığı, regionda vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Q.Məmmədov Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq proqramında iştirakı barədə məlumat verib və tərəfdaşlığın parlamentar ölçüsünün əhəmiyyətini qeyd edib.

Baş katib Devid Hobbs Azərbaycanın NATO əməliyyatlarına töhfəsini yüksək qiymətləndirib və NATO PA-da Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin fəal iştirakını təqdir edib. İlkin İzzət Son.az


Xəbərə aid foto