"Nobel Oil Services" və "GAMA Industry Inc." birgə müəssisə yaradıb


Digərləri 28 Fev 2018 17:27:26 659 0

"Nobel Oil Services" və "GAMA Industry Inc." birgə müəssisə yaradıb

Nobel Oil Services şirkətlər qrupuna daxil olan PROKON və qlobal səviyyədə sənaye obyektlərinin tikintisini həyata keçirən GAMA Industry Inc. yeni birgə müəssisə yaradıblar.

Bakı. Nobel Oil Services şirkətlər qrupuna daxil olan PROKON və qlobal səviyyədə sənaye obyektlərinin tikintisini həyata keçirən GAMA Industry Inc. yeni birgə müəssisə yaradıblar. Şirkətdən Trend-ə verilən məlumata görə, ProkonGama adlanan yeni şirkət ən yüksək səviyyədə xidmətlər göstərmək məqsədi ilə hər iki şirkətin təcrübə və bacarıqlarını özündə birləşdirəcək. PROKON bir sıra uğurlu layihələri həyata keçirməklə sürətli inkişafa nail olub. PROKON müştəri gözləntilərini üstələyən etibarlı tərəfdaş və xidmət təchizatçısı kimi peşəkar reputasiya qazanıb və ölkədə irimiqyaslı tikinti layihələrini həyata keçirmək təcrübəsinə və imkanlarına malik aparıcı şirkətlərdən birinə çevrilib. PROKON-un ən son iştirak etdiyi layihələrdən biri Karbamid zavodunun tikintisidir. SOCAR, Samsung Engineering, BP, Technip, Norm, Biwater, CTIEC, GAMA Industry Inc. kimi şirkətlər onun əsas müştəriləri və tərəfdaşları sırasındadır.