Türkiyənin müdafiə naziri: NATO Afrindəki əməliyyatlara qarşı çıxmır


Dünya 15 Fev 2018 16:54:00 318 0

Türkiyənin müdafiə naziri: NATO Afrindəki əməliyyatlara qarşı çıxmır

NATO Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində keçirdiyi "Zeytun budağı" əməliyyatına qarşı deyil.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin müdafiə naziri Nurəddin Canikli deyib.

Müdafiə naziri bildirib ki, NATO-nun baş katibi ölkənin xarici təhdidlərə qarşı mübarizəsinə müsbət yanaşan şəxslərdən olub: "NATO üzv-ölkələri də bizim Afrindəki fəaliyyətimizi anlayışla qarşılayıb. NATO-nun əməliyyatları dayandırmaq tələbi barədə söz getmir".