Baş katib: “Türkiyə terror hücumuna ən çox məruz qalan NATO üzvüdür”


Dünya 13 Fev 2018 16:00:48 313 0

Baş katib: “Türkiyə terror hücumuna ən çox məruz qalan NATO üzvüdür”

"Türkiyə təhlükəsizlik məsələləri ilə bağlı narahatlıqlarını həll etmək hüququna sahibdir"

“NATO-nun heç bir üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb”.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq “Zeytun budağı” əməliyyatını şərh edərkən deyib.

“Türkiyənin qanuni təhlükəsizlik qayğıları var. NATO-nun heç bir üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb. Türkiyə təhlükəsizlik məsələləri ilə bağlı bu narahatlıqlarını həll etmək hüququna sahibdir. Türkiyənin NATO-dakı müttəfiqlərini məlumatlandırmaqda davam edəcəyini gözləyirik”, - o vurğulayıb.