Prezidentliyə namizədlərin sənədləri MSKya təqdim etmə tarixi məlum oldu


Siyasət 06 Fev 2018 16:53:00 233 0

Prezidentliyə namizədlərin sənədləri MSKya təqdim etmə tarixi məlum oldu

Azərbaycanda növbədənkənar prezident seçkilərində namizədlər sənədlərini fevralın 27-dən etibarən Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edə bilərlər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə MSK tərəfindən seçkilərlə bağlı hazırlanan Təqvim Planında qeyd olunub.

Təqvim Planına əsasən, nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi səsvermə gününə ən çoxu 50 və ən аzı 30 gün qalmış saat 18:00-dək (martın 12-si) davam edir.

Qeyd edək ki, fevralın 5-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.