Bakı və Türkmənbaşı limanları vasitəsilə yükdaşıma ilə bağlı sazişə əlavə və dəyişikliklər təsdiq edilib


Siyasət 06 Fev 2018 15:58:00 332 0

Bakı və Türkmənbaşı limanları vasitəsilə yükdaşıma ilə bağlı sazişə əlavə və dəyişikliklər təsdiq edilib

Prezident İlham Əliyev Bakı (Azərbaycan Respublikası) və Türkmənbaşı (Türkmənistan) limanları vasitəsi ilə beynəlxalq birbaşa dəmir yolu-bərə əlaqələrində yüklərin daşınmasının təşkili, yük vaqonlarının və konteynerlərin istismarı, nömrələr üzrə uçotu və onlardan istifadəyə görə hesablaşmalar haqqında Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı (Azərbaycan Respublikası) və Türkmənbaşı (Türkmənistan) limanları vasitəsi ilə beynəlxalq birbaşa dəmir yolu-bərə əlaqələrində yüklərin daşınmasının təşkili, yük vaqonlarının və konteynerlərin istismarı, nömrələr üzrə uçotu və onlardan istifadəyə görə hesablaşmalar haqqında Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə 2017-ci il avqustun 8-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.