Anjey Kaspşik Tərtərə gəlib və icra başçısı ilə görüşüb - FOTO


Siyasət 06 Fev 2018 09:36:42 227 0

Anjey Kaspşik Tərtərə gəlib və icra başçısı ilə görüşüb - FOTO

Görüşdə cəbhədəki vəziyyət müzakirə olunub

 ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Mixail Olaru Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, görüşdə cəbhədəki vəziyyət müzakirə olunub.

Qeyd edək ki, bu gün Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək. 

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Mixail Olaru keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Yoviç və Martin Şuster keçirəcəklər.