Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin daha bir müavini təyin olunub


Siyasət 05 Fev 2018 18:48:00 299 0

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin daha bir müavini təyin olunub

Elmir Vəlizadə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olunub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev fevralın 2-də müvafiq sərəncam verib.

Qeyd edək ki, Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birləşməsindən əvvəl E.Vəlizadə rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsində işləyib.

Bir müddət əvvəl Prezidentin sərəncamı ilə Əli Abdullayev nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin olunmuşdu.

Son.az