AHİK-in V qurultayı prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edib


Siyasət 05 Fev 2018 13:55:40 296 0

AHİK-in V qurultayı prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edib

Qurultayın nümayəndələri qarşıdakı seçkilərdə namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə Prezident İlham Əliyevə müraciət ediblər

Bu gün  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayı 2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edib.

"Report" xəbər verir ki, AHİK-in V qurultayının nümayəndələri qarşıdakı seçkilərdə namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə Prezident İlham Əliyevə müraciət ediblər.