Pakistan səfiri: "Azərbaycanla hərbi əməkdaşlıq bizim üçün prioritetdir"


Siyasət 05 Fev 2018 12:42:03 245 0

Pakistan səfiri: "Azərbaycanla hərbi əməkdaşlıq bizim üçün prioritetdir"

"Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək verməkdə davam edəcək"

"Ölkələrimiz arasında hərbi əməkdaşlıq prioritetdir".

"Report" xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.

"Hesab edirəm ki, keçən il ölkələrimiz arasında hərbi əməkdaşlığın qurulması və dərinləşdirilməsi baxımından əhəmiyyətli olub. Əməkdaşlığımızı gələcəkdə daha da gücləndirmək istəyirik. Pakistan Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək verməkdə davam edəcək. Çünki hər iki ölkə işğaldan əziyyət çəkir", - səfir bildirib.