Bakıda Azərbaycanla Pakistan arasında siyasi məsləhətləşmələr keçiriləcək


Siyasət 05 Fev 2018 12:26:25 265 0

Bakıda Azərbaycanla Pakistan arasında siyasi məsləhətləşmələr keçiriləcək

Xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək məsləhətləşmələr zamanı geniş spektrli məsələlər müzakirə olunacaq

Bakıda fevralın 27-28-də Azərbaycan və Pakistanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində siyasi məsləhətləşmələr keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand bildirib.

Səfirin sözlərinə görə, məsləhətləşmələr zamanı geniş spektrli, o cümlədən siyasət, iqtisadiyyat, ticarət, hərbi əməkdaşlıq sahəsində məsələlər müzakirə olunacaq.