Minsk qrupunun amerikalı həmsədri Bakıya gəlib


Siyasət 03 Fev 2018 21:39:00 289 0

Minsk qrupunun amerikalı həmsədri Bakıya gəlib

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Endryu Şefer Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə dair müzakirələri davam etdirmək üçün Bakıya səfərə gəlib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə diplomatik mənbədən məlumat verilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev daha öncə bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın 6-da Azərbaycana səfər edəcəklər. Belə ki, fevralın 6-da Minsk qrupunun digər həmsədrləri Stefan Viskonti (Fransa) və İqor Popovun Bakıya səfərə gələcəkləri bildirilib. Əsas görüşlər fevralın 7-də keçiriləcək.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin