Prezident İlham Əliyev ŞriLanka dövlət başçısını təbrik edib


Siyasət 03 Fev 2018 17:15:00 217 3

Prezident İlham Əliyev ŞriLanka dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Prezidenti Maytripala Sirisenaya təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Şri-Lanka Demokratik Sosialist Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına əmin-amanlıq və rifah diləyirəm".

Son.az