ATƏT PAnın prezidenti: "Münaqişələrin nizamlanması üçün..."


Siyasət 03 Fev 2018 10:48:00 274 0

ATƏT PAnın prezidenti: "Münaqişələrin nizamlanması üçün..."

"Həlli uzanmış münaqişələrin nizamlanması üçün beynəlxalq oyunçular arasında sıx əməkdaşlığın davam etdirilməsi zəruridir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının prezidenti Georgi Sereteli Nyu Yorkda BMT-nin yüksək vəzifəli rəsmiləri ilə görüşündə deyib.

G.Sereteli və ATƏT PA-nın baş katibi Roberto Montella Nyu Yorkda BMT Baş Assambleyasının sədri Miroslav Layçak, baş katibin müavini Vladimir Voronkovvə digər rəsmilərlə bir sıra görüşlər keçiriblər.

Tərəflər uzun müddət davam edən münaqişələr, o cümlədən Cənubi Qafqazda həlli uzanmış münaqişələr, habelə humanitar problemlər, miqrasiya və terrorizm məsələlərinə xüsusi diqqət yetiriblər.

G.Sereteli bildirib ki, ATƏT və BMT bir çox sahələrdə tərəfdaşdır: "Hamımızın daha çox sülh, təhlükəsizlik və inkişaf üçün çalışdığımız bir vaxtda bir-birimizin güclü tərəflərindən faydalanmaq çox vacibdir. ATƏT parlamentariləri terrorizmlə mübarizə və miqrasiya problemi ilə bağlı davamlı həll yolları tapmaq və həll edilməmiş münaqişələrin nizamlanması kimi məsələlərdə işləri davam etdirdiyi vaxtda, BMT ilə də bütün bu sahələrdə mükəmməl bir iş qura biləcəyimizə əminəm".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində