AİDAnın nümayəndə heyəti OECD/DACın Parisdə keçirilən növbəti görüşündə iştirak edib FOTO


Siyasət 31 Yan 2018 22:55:00 255 0

AİDAnın nümayəndə heyəti OECD/DACın Parisdə keçirilən növbəti görüşündə iştirak edib  FOTO

30-31 yanvar 2018-ci il tarixində Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) nümayəndə heyəti Azərbaycanın qonaq statusunda təmsil olunduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin (OECD/DAC) Parisdə keçirilən növbəti görüşündə iştirak edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, görüş zamanı donor təşkilatları tərəfindən 2017-ci il ərzində göstərilmiş yardımlar nəzərdən keçirilib və qiymətləndirilib, həmçinin 2018-ci il üzrə maliyyə hesabatlarının hazırlanması standartlarının müəyyən edilməsi ətrafında fikir mübadiləsi aparılıb.

AIDA-nın haqqında bəhs olunan görüşdə iştirakının məqsədi Azərbaycan tərəfindən inkişaf etməkdə olan ölkələrə göstərilən yardımların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və bu sahədə əlaqələndirmənin effektivliyinin artırılmasından ibarətdir.

Tədbir çərçivəsində AİDA nümayəndə heyəti OECD DAC təşkilatının sədri Şarlot Petri Qornitzka ilə görüş keçirib və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.


Xəbərə aid fotolar