AİDA-nın nümayəndə heyəti OECD/DAC-ın Parisdə keçirilən növbəti görüşündə iştirak edib


Siyasət 31 Yan 2018 22:40:52 312 0

AİDA-nın nümayəndə heyəti OECD/DAC-ın Parisdə keçirilən növbəti görüşündə iştirak edib

Görüşdə donor təşkilatları tərəfindən 2017-ci il ərzində göstərilmiş yardımlar nəzərdən keçirilib və qiymətləndirilib

30-31 yanvar tarixlərində Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) nümayəndə heyəti Azərbaycanın qonaq statusunda təmsil olunduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin (OECD/DAC) Parisdə keçirilən növbəti görüşündə iştirak edib.

“Report” xəbər verir ki, görüş zamanı donor təşkilatları tərəfindən 2017-ci il ərzində göstərilmiş yardımlar nəzərdən keçirilib və qiymətləndirilib, həmçinin 2018-ci il üzrə maliyyə hesabatlarının hazırlanması standartlarının müəyyən edilməsi ətrafında fikir mübadiləsi aparılıb.

AİDA-nın haqqında bəhs olunan görüşdə iştirakının məqsədi Azərbaycan tərəfindən inkişaf etməkdə olan ölkələrə göstərilən yardımların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və bu sahədə əlaqələndirmənin effektivliyinin artırılmasından ibarətdir.

Tədbir çərçivəsində AİDA nümayəndə heyəti OECD DAC təşkilatının sədri Şarlot Petri Qornitzka ilə görüş keçirib və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.