Rusiya XİN: Azərbaycan və Ermənistan Qarabağda müşahidəçilərin missiyasının genişləndirilməsiylə bağlı sənədə prinsipial razılıq verib


Siyasət 31 Yan 2018 17:26:42 292 0

Rusiya XİN: Azərbaycan və Ermənistan Qarabağda müşahidəçilərin missiyasının genişləndirilməsiylə bağlı sənədə prinsipial razılıq verib

"Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə münaqişə zonasında gərginliyin azaldılmasını dəstəkləyir"

"Azərbaycan və Ermənistan Dağlıq Qarabağda müşahidəçilərin missiyasının genişləndirilməsi barədə sənəd çərçivəsində hələ bəzi texniki detalları tam razılaşdırmalıdır və yalnız bundan sonra genişləndirmə mexanizmi işə düşəcək".

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

"Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə təmas xəttində gərginliyin azaldılmasını dəstəkləyir və münaqişə zonasında ATƏT-in müşahidəçi missiyasının genişləndirilməsi üçün səylər göstərir", - M.Zaxarova bildirib.