Azərbaycanla Tacikistan arasında əməkdaşlığın perspektivləri müzakirə olundu


Siyasət 31 Yan 2018 16:27:00 224 0

Azərbaycanla Tacikistan arasında əməkdaşlığın perspektivləri müzakirə olundu

Azərbaycanın Tacikistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə bu ölkənin iqtisadi inkişaf və ticarət naziri Nemətulla Hikmətullazadə ilə görüşüb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Tacikistandakı səfirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, görüş zamanı ölkələr arasında iqtisadi münasibətlərin inkişafı, eyni zamanda, ikitərəfli əməkdaşlığın qarşılıqlı maraq doğuran müxtəlif sahələri ilə bağlı müzakirələr aparılıb.

Qeyd olunur ki, tərəflər həmçinin, investisiyaların cəlb olunması, müştərək müəssisələrin yaradılması, Düşənbə-Bakı birbaşa aviareysinin bərpası, turizm sahəsində əməkdaşlıqla bağlı fikir mübqadiləsi aparılıb.

Görüşdə ölkələr arasında gələcəkdə çoxtərəfli əməkdaşlığın səmərəli inkişaf edəcəyi vurğulanıb.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində