Elmar Məmmədyarov Federika Mogerini ilə görüşəcək


Siyasət 31 Yan 2018 16:00:00 260 0

Elmar Məmmədyarov Federika Mogerini ilə görüşəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə görüşəcək.

Son.az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə Avropa İttifaqı Şurasının mətbuat xidmətindən məlumat verilib.

E.Məmmədyarov və F.Mogerini fevralın 9-da keçiriləcək Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasına sədrlik edəcəklər.

Qeyd edək ki, Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası 2013-cü ildə keçirilib.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində