NATO Rusiya görüşü: Niyə məhz Bakı? VİDEO


Siyasət 18 Yan 2018 21:18:00 278 0

NATO  Rusiya görüşü: Niyə məhz Bakı?  VİDEO

NATO baş komandanı ilə Rusiya baş qərargah rəislərinin Bakıdakı görüşü razılaşdırılır. Bunu NATO-nun hərbi komitəsinin sessiyası zamanı Kertis Skaparotti özü deyib. Onun sözlərinə görə, bu görüşün keçirilməsi ilə bağlı razılıq sentyabrda əldə olunub. Hazırda görüşün təşkil edilməsi istiqamətdə iş aparılır. Ekspertlər hesab edirlər ki, bu görüşün Bakıda keçirilməsi təsadüfi deyil. Azərbaycan beynəlxalq aləmdəki böyük güclər arasında körpü rolunu oynayır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Amerika- Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəislərinin görüşlərindən sonra növbəti hərbi strateji görüşün məhz - Azərbaycanda keçirilməsi rəsmi Bakıya etimadın göstəricisidir. Millət vəkili Fərəc Quliyevin sözlərinə görə, Azərbaycan hər iki tərəf üçün güvənli müttəfiqdir. Ölkəmizin NATO ilə münasibətləri strateji əməkdaşlıq formatındadır. Azərbaycan etibarlı tərəfdaş kimi İraq Əfqanıstan və Kosovodakı sülhməramlı missiyalarin yerinə yetirilməsində yaxından iştirak edir .

Ekspertlər bildirirlər ki ,son zamanlar Bakıda beynəlxalq tədbirlərin keçirilməsi bir növ adət halını alıb. Bakı həm yüksək təhlükəsizlik, həm də sabitlik baxımından belə görüşlərin seçildiyi məkan kimi seçilir. Bu həm də bölgədəki sabitliyin Azərbaycandan asılı olmasıyla bağlı bir mesajdır.

NATO -Rusiya dialoqunda Azərbaycanın dəqiq, aydın neytral mövqe tutur, barış missiyalarını arxayın bir şəkildə öz üzərinə götürür. bu həm də azərbaycanın müstəqil siyasətinin nəticəsidir. Rusiya və NATO Rəsmi Bakını məhz müstəqil və neytral ölkə gözündə görür. Bu həm də güvən məsələsidir, tərəflər əmindir ki Azərbaycandakı görüş müzakirə olunan məsələlərin konfedensiallığı baxımından da risk daşımır.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərə aid video