NATO ilə Azərbaycan arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub FOTO


Siyasət 15 Yan 2018 16:27:00 260 0

NATO ilə Azərbaycan arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub  FOTO

Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov NATO-nun Avropadakı Silahlı Qüvvələrinin Ali Komandanı ordu generalı Körtis Skaparroti ilə görüş keçirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, görüş zamanı Q.Məmmədov Azərbaycanda aparılan müdafiə islahatları, NATO ilə qarşılıqlı operativ uzlaşmanın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər və regionda vəziyyət haqqında həmsöhbətinə məlumat verib.

General Skaparroti Azərbaycan tərəfinin NATO ilə tərəfdaşlıqda əldə etdiyi tərəqqini və Əfqanıstanda həyata keçirilən "Qətiyyətli Dəstək" əməliyyatına Azərbaycanın töhfəsini yüksək qiymətləndirib. NATO tərəfi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-ya 2017-ci ilin 24 noyabr tarixində səfəri zamanı verdiyi bəyanata uyğun olaraq, "Qətiyyətli Dəstək" əməliyyatına əlavə qoşun göndərilməsinə görə təşəkkür ifadə edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində


Xəbərə aid fotolar