Azərbaycanlı aparıcı iş axtarır


Şou-biznes 02 Yan 2018 20:24:00 293 0

Azərbaycanlı aparıcı iş axtarır

Aparıcı Tural Ozan "Lider" televiziyasından ayrılıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aparıcı "Az xərclə" verilişinin yayımını dayandırıb. Tural yeni təklifləri müzakirə edə biləcəyini deyib:

"Lider TV-də yayımlanan proqramım çöl çəkilişilərindən ibarət olduğu üçün həm hava şəraiti, həm də uğurlu layihə hazırlamaq səbəbindən verilişi dayandırmışam. Hazırda maraqlı və səviyyəli televiziya layihələri üçün başqa kanallar və prodakşnlarla nələrisə müzakirə edə bilərəm. Təkliflərə açığam. 2018-ə böyük nələrləsə başlamaq lazımdır".

Xatırladaq ki, Tural əvvəllər "Space" kanalında maqazin verilişlərinin aparıcısı olub. Aparıcı ötən ilin oktyabrında "Lider" televiziyasına keçib.