"Natavan özü olsa, yenə irəli gedəcək"


Şou-biznes 01 Yan 2018 15:47:00 292 0

"Natavan özü olsa, yenə irəli gedəcək"

Əməkdar artist Murad Dadaşov müğənni Natavan Həbibi ilə bağlı maraqlı açıqlama verib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, şoumen "ATV maqazin onlarla" verilişində ona məsləhətlər verib. Dadaşov Həbibinin xalq artisti Aygün Kazımova ilə qalmaqalına da toxunub:

"Müəyyən bir emosional krizis yaşayır. Bu, hiss olunur. Problemlərini tənzimləsin, kənara atsın, işi ilə məşğul olsun. Biz onu yenə sevəcəyik. Vaxtilə Aygün Kazımova ilə Natavanın konflikti və fəsadları indiyənə qədər hər ikisinin içində yaşayır. Bu, mənasını itirib. Natavan nəsə edirsə, "hər zaman heç kimdən geri qalmayım" fikri ilə edir. Kiminsə acığına yaratdığı işlərlə deyil... Natavan özü olmalıdır. Özü olsa, yenə irəli gedəcək. Onları barışdırmaq yaxşı ideyadır. Bəlkə, bu missiyanı öz üzərimə götürdüm".


Xəbərə aid video