"Nobel Oil Services" Amerikanın Azərbaycandakı Ticarət Palatasının İnsan Resursları Komitəsinin iclasına ev sahibliyi edib (FOTO)


Digərləri 20 Dek 2017 15:41:00 488 0

"Nobel Oil Services" Amerikanın Azərbaycandakı Ticarət Palatasının İnsan Resursları Komitəsinin iclasına ev sahibliyi edib (FOTO)

Nobel Oil Services şirkəti Amerikanın Azərbaycandakı Ticarət Palatasının İnsan Resursları Komitəsinin iclasına ev sahibliyi edib

Bakı. Nobel Oil Services şirkəti Amerikanın Azərbaycandakı Ticarət Palatasının (AmCham) İnsan Resursları Komitəsinin iclasına ev sahibliyi edərək əməyin təzminatı və güzəştlər proqramı sahəsində aparılan işlər barədə üzv şirkətlər üçün təqdimat keçirib. Şirkətdən Trend-ə verilən məlumata görə, BP şirkətinin vitse-prezidenti və İnsan Resursları komitəsinin sədri Leyla Novruzova qonaqları salamlayaraq ilin son tədbirini açıq elan edib. EY Azərbaycan şirkətinin Ölkə üzrə İdarəedici Partnyoru və Amerikanın Azərbaycandakı Ticarət Palatasının İdarə Heyətinin üzvü İlqar Vəliyev komitənin fəaliyyətinə verdikləri töhfəyə görə Komitənin üzvlərinə təşəkkürünü bildirib. Nobel Oil şirkətinin Qrup üzrə İnsan Resursları departamentinin meneceri Ellada Alışova tədbir iştirakçılarına şirkətin tarixi və inkişafı, fəaliyyətinin əhəmiyyətli mərhələləri, həyata keçirilmiş və hazırda icra edilən iri layihələr, həmçinin, şirkətin törəmə müəssisələri və ortaq şirkətləri barədə məlumat təqdim edib. Görüş zamanı Nobel Oil şirkətinin İnsan Resursları üzrə koordinatoru Cəfər Yusifov şirkətin biznes ehtiyacları ilə uzlaşdırılmış və peşəkar inkişafı təmin etmək məqsədi ilə yaradılan vəzifə dərəcələnməsi və işin qiymətləndirilməsi sisteminin tətbiqi sahəsində şirkətin təcrübəsi barədə ətraflı məlumat təqdim edib. Vəzifə dərəcələnməsi sistemi istedadların cəlb olunması və mükafat proqramını effektiv qaydada dəstəkləyərək işçilərin fəaliyyətinin qiymətləndirilməsi prosesi ilə əlaqələndirilir. Həmin prosesin həyata keçirilməsi həm Nobel Oil şirkətini, həm də törəmə şirkətləri əhatə edən SAP ERP sistemi vasitəsilə idarə olunur ki, bu da bütün şirkətlərdə ümumi əlaqələndirmə üçün vahid vasitə yaradır. Vəzifə dərəcələnməsi sisteminin tətbiqi daha funksional təşkilati strukturun və ədalətli ödəniş sisteminin formalaşdırılmasına töhfə verməklə yanaşı, həm də biznes əməliyyatlarının ehtiyaclarını qarşılamağa kömək edir.