Səfir: "Azərbaycan Cənubi Qafqazda Qazaxıstanın əsas ticari-iqtisadi tərəfdaşıdır"


Siyasət 13 Dek 2017 19:40:00 249 0

Səfir: "Azərbaycan Cənubi Qafqazda Qazaxıstanın əsas ticari-iqtisadi tərəfdaşıdır"

"Müstəqillik illəri ərzində Qazaxıstan və Azərbaycan arasında yaxın və dostluq əlaqələri qurulub"

"Müstəqillik illəri ərzində Qazaxıstan və Azərbaycan arasında yaxın və dostluq əlaqələri qurulub və bu, qarşılıqlı etimad və bərabərlik rəmzidir".

"Report" xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Qazaxıstan Respublikasının Müstəqillik günü münasibətilə təşkil edilən qəbulda deyib. Tədbir Qazaxıstanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

Diplomat qeyd edib ki, Azərbaycan Qafqaz regionunda Qazaxıstanın əsas ticari-iqtisadi və nəqliyyat-logistik tərəfdaşıdır.

Qazaxıstanın Akademik Folklor-Etnoqrafik Orkestrinin çıxışları, Qazaxıstan haqqında müxtəlif videomateriallar, həmçinin Qazaxıstan mətbəxinin yeməkləri bayram tədbirinə milli rəng qatıb.