Nazir: "Misirlə birbaşa aviareyslərin açılması inkişafa təkan verə bilər"


Siyasət 14 Noy 2017 16:36:00 223 0

Nazir: "Misirlə birbaşa aviareyslərin açılması inkişafa təkan verə bilər"

Misirlə Azərbaycan arasında birbaşa aviareyslərin açılması qarşılıqlı səfərlərin inkişafına təkan verə bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Misirin Cənubi Sinay Vilayətinin qubernatoru Xalid Fudanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Ə.Qarayev bildirib ki, zəngin mədəniyyəti, qədim tarixi, xalqımızın yüksək qonaqpərvərliyi, eyni zamanda yaradılan yeni turizm infrastrukturu, viza sisteminin sadələşdirilməsi Azərbaycana gələn turistlərin sayının artmasına zəmin yaradır: "İndi biz ölkəmizə daha çox xarici turistlərin cəlb olunmasına çalışırıq. Bu baxımdan böyük turizm potensialı olan Misirlə qarşılıqlı turist səfərlərinin artırılması üçün imkanlarımızdan daha səmərəli istifadə etməliyik. Bunun üçün qarşılıqlı infoturların, tanıtım layihələrinin icra olunması vacibdir. Həmçinin birbaşa aviareyslərin açılması da qarşılıqlı səfərlərin inkişafına təkan verə bilər".

Nazir turistlərin təhlükəsizliyinin xüsusi diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb. Həmçinin gələn ilin aprel ayında ölkəmizdə keçiriləcək Azərbaycan Beynəlxalq "Turizm və səyahətlər" sərgisində (AİTF 2018) Misirin turizm təşkilatlarını və şirkətlərini fəal iştirak etməyə dəvət edib.

X.Fuda öz növbəsində iki ölkə arasında əlaqələrin daha da yüksəldilməsinin vacibliyini bildirib. Qonaq mövcud əməkdaşlığın və dost münasibətlərin genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd edib. O, qarşılıqlı turist səfərlərinin artırılması üçün əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb. Qubernator Azərbaycan turistlərinin dünyanın məşhur turizm mərkəzlərindən sayılan Şarm Əl-Şeyxdə, eyni zamanda misirli turistlərin Azərbaycanda istirahətini daha rahat təşkil etmək məqsədilə birbaşa reysin açılmasının fayda verəcəyini vurğulayıb. Birbaşa hava əlaqəsinin Misirlə Azərbaycan arasında nəinki turizm, eləcə də siyasi və iqtisadi münasibətlərin genişlənməsi baxımından əhəmiyyətli olacağı bildirilib.

X.Fuda ölkəsinin Cənubi Sinay Vilayətinə gələn turistlərin təhlükəsizliyi üçün təminat verərək bildirib ki, bu regionda sabitlik hökm sürür və turistlərin həyatı üçün heç bir təhlükə yoxdur. Qonaq qarşıdakı illərdə əlaqələrin daha da güclənəcəyinə inandığını deyib.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Ərdoğanla Putinin bir ildəki 5-ci görüşü - Ankara və Moskva tam anlaşıb - ŞƏRH like
  • 14 Noy 16:35  
Digərləri Ərdoğanla Putinin bir ildəki 5-ci görüşü - Ankara və Moskva tam anlaşıb - ŞƏRH

Təəssüf ki, Soçi görüşü iki çatışmazlıqla daha çox yadda qalacaq

arrow Ətraflı
İnternet təminatında fasilələr yarana bilər like
  • 14 Noy 16:33  
Digərləri İnternet təminatında fasilələr yarana bilər

Bu gecə internet təminatında fasilələr yarana bilər.

arrow Ətraflı
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin like
  • 14 Noy 16:31  
Digərləri Dövlət qulluğuna qəbul olmaq istəyənlərin

Dövlət İmtahan Mərkəzində dövlət qulluğuna qəbul olmaq istəyən şəx

arrow Ətraflı
Azərbaycanlı alimlər Fransada beynəlxalq konfransda iştirak ediblər (FOTO) like
  • 14 Noy 16:31  
Digərləri Azərbaycanlı alimlər Fransada beynəlxalq konfransda iştirak ediblər (FOTO)

Alimlərimiz Fransada həmrəyliyin Azərbaycan modelini təqdim etdilər.

arrow Ətraflı
Azərbaycanın mülki aviasiyası sahəsində bir sıra mühüm razılaşmalar əldə olundu  FOTO like
  • 14 Noy 16:28  
Digərləri Azərbaycanın mülki aviasiyası sahəsində bir sıra mühüm razılaşmalar əldə olundu FOTO

Dubayda dünyanın 60-dan çox ölkəsindən 1200-dən çox eksponentin iştirak

arrow Ətraflı
Bakıda telefon zəngi ailənin kabusuna çevrildi like
  • 14 Noy 16:23  
Digərləri Bakıda telefon zəngi ailənin kabusuna çevrildi

​Noyabrın 9-u təxminən axşam saat 8-9 radələrində Bakının Mehdiabad q

arrow Ətraflı
Məşhur klub iflas etdi like
  • 14 Noy 16:22  
İdman Məşhur klub iflas etdi

Yunanıstandakı iqtisadi böhran ölkənin məşhur idman klubl

arrow Ətraflı
Elmar Məmmədyarov Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb like
  • 14 Noy 16:20  
Digərləri Elmar Məmmədyarov Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Çin Kommunist Partiyasının Mərkəz

arrow Ətraflı
Rusiya XİN başçısı Bakı və Yerevana qarşıdakı səfərlərini şərh edib like
  • 14 Noy 16:19  
Siyasət Rusiya XİN başçısı Bakı və Yerevana qarşıdakı səfərlərini şərh edib

Lavrov: "Danışıqlar əsnasında Qarabağ münaqişəsinin nizamlanması üzr

arrow Ətraflı
Türkiyədə terrorçu PKK-nın əsas silahlılarından biri məhv edilib like
  • 14 Noy 16:18  
Dünya Türkiyədə terrorçu PKK-nın əsas silahlılarından biri məhv edilib

O, terrorçu PKK qurplaşmasının Türkiyədə törətdiyi silsilə partlayış

arrow Ətraflı
Rusiya Müdafiə Nazirliyi özünü biabır etdi  ABŞa gülünc ittiham  VİDEO  FOTO like
  • 14 Noy 16:16  
Dünya Rusiya Müdafiə Nazirliyi özünü biabır etdi ABŞa gülünc ittiham VİDEO FOTO

Bu gün Rusiya Müdafiə Nazirliyi rəsmi Twitter hesabından Amerika Birləşm

arrow Ətraflı
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün sınaq imtahanları keçiriləcək like
  • 14 Noy 16:13  
Digərləri Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün sınaq imtahanları keçiriləcək

Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin test

arrow Ətraflı
Qiymətli kağızlar bazarında artım müşahidə edildi like
  • 14 Noy 16:12  
Digərləri Qiymətli kağızlar bazarında artım müşahidə edildi

2017-ci ilin yanvar-sentyabr ayları ərzində qiymətli kağızlar bazarı 9,2

arrow Ətraflı