İrandakı zəlzələ təxminən 12 min evi dağıtdı


Dünya 14 Noy 2017 15:38:00 300 0

İrandakı zəlzələ təxminən 12 min evi dağıtdı

İranın İraqla sərhədində baş vermiş, 400-dən çox insanın öldüyü güclü zəlzələ nəticəsində dağılan evlərin sayı təxminən 12 min qeyd olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu rəqəmi İran üzrə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Morteza Salimi səsləndirib.

Daha öncə İranın mədəni irs və turizm naziri Əli Əsgər Munesan bildrimişdi ki, zəlzələ nəticəsində bir neçə tarixi abidə də dağılıb.