ABL Cup 2017/18 Biznes Liqanın üçüncü turu başa çatdı


Digərləri 14 Noy 2017 15:05:00 356 0

ABL Cup 2017/18 Biznes Liqanın üçüncü turu başa çatdı

Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə AZFAR Business League - ABL Cup 2017/18 korporativ turniri davam edir. Belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfar Group" şirkətinin futbol meydanlarında keçirilir. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır. Təşkilatçı - ASEP (AZFAR SPORT EVENT & PROMOTION).

Çempionatın rəsmi saytı olan www.abl.az, üçüncü turun oyunlarının nəticələri, qrupdaki xal durumu, foto və video materialları görə bilərsiniz.

Qrup mərhələsinin son oyun günü ərzində, play-off mərhələsinə vəsiqə qazanan bütün komandalar müəyyən edilmişdir.

Play-off mərhələsinə vəsiqə qazanan komandaların siyahısı:

1-ci səbət - qrupun qalibləri: Embawood Azecolab Buta Palace Universal Azersun Gilan Holding M Group Production Silk Way Group

2-ci səbət -qrupun ikinci yerləri: KATV1 City Taxi Port of Baku Təmiz Şəhər Atl Tech Polat Yol Muğanbank Iteca Caspian LLC

Qrup mərhələsində üçüncü və dördüncü yerlərini tutan komandalar, 17 və 32 yerlər uğrunda mübarizə aparacaqlar.

14 noyabr saat 19:30-da yarışın rəsmi tərəfdaşı olan Pullman otelində, çempionatın play-off mərhələsinin püşkatma mərasimi baş tutacaq. Hər zaman olduğu kimi, təşkilatçı ASEP şirkəti qonaqlar üçün maraqlı bir tədbir hazırlayır.

Qrup mərhələsinin ən yaxşıları

Bombardirlər siyahısına başçılığı, 3 oyun ərzində 17 qol vuran Azersun komandasının oyunçusu, Eyyub Əfəndiyev edir.