Cənubi Sinay vilayətinin qubernatoru: "Azərbaycan turistlərinin Misir kurortlarına axını xeyli azalıb"


İqtisadiyyat 14 Noy 2017 14:43:30 314 0

Cənubi Sinay vilayətinin qubernatoru: "Azərbaycan turistlərinin Misir kurortlarına axını xeyli azalıb"

Xalid Fouda: "Bəzi ölkələr Misir kurortlarına qarşı qəsdən "qara piar" aparıb"

"Azərbaycan turistlərinin Cənubi Sinaya turist axını son illərdə əhəmiyyətli dərəcədə azalıb və bu, Azərbaycan-Misir əlaqələrinin səviyyəsinə uyğun gəlmir".

"Report" xəbər verir ki, bunu Cənubi Sinay vilayətinin qubernatoru Xalid Fouda mətbuat konfransında deyib.

"Dünən Azərbaycanın Turizm Assosiasiyasının nümayəndələri ilə görüş keçirdik. Orada turizm sahəsində qarşılıqlı problemlərin aradan qaldırılması məsələlərini müzakirə etdik", - X.Fouda bildirib.

Onun sözlərinə görə, Azərbaycan turistlərinin belə aşağı axını bəzi ölkələrin qəsdən Misir kurortlarına qarşı "qara piar" aparması ilə birbaşa bağlıdır.

"Azərbaycana, bəzi ölkələrdən fərqli olaraq, Misir əleyhinə aparılan təbliğata uymadığına görə minnətdaram", - o vurğulayıb.

Vali Şarm əş-Şeyxin təhlükəsiz və gözəl şəhər olduğunu xüsusi qeyd edib.

"Təxminən 700 kameranın quraşdırıldığı şəhərdə daim sabitlik təmin olunur. Hava limanımız müasir avadanlıqla təchiz edilib. Biz azərbaycanlı qonaqları qəbul etməyə hazırıq", - X.Fouda bildirib.