Rusiyanın Müdafiə Nazirliyi: “ABŞ Suriyada İŞİD-i birbaşa dəstəkləyir”
Dünya 14 Noy 2017 14:18:37 354 0
Nazirlik bildirib ki, beynəlxalq koalisiyanın İŞİD-lə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyinə dair faktlar üzə çıxıb
“ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın terrorçu İŞİD qruplaşmasına dəstək verdiyi barədə faktlar aşkarlanıb”.
“Report” TASS-a istinadən xəbər verir ki, bu bəyanatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
Nazirlikdən bildirilib ki, Suriyanın Bu-Kemal şəhərinin terrorçulardan təmizlənməsi əməliyyatı aparılan zaman ABŞ-ın başçılıq etidiyi beynəlxalq koalisiyanın İŞİD-lə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyinə və terrorçulara dəstək verdiyinə dair faktlar üzə çıxıb.
Mənbə: report.az