ABL Cup 2017/18 Biznes Liqanın 3-cü turu başa çatdı - qrup mərhələsinin ən yaxşıları (VİDEO/FOTO)


Digərləri 14 Noy 2017 14:10:00 330 0

ABL Cup 2017/18 Biznes Liqanın 3-cü turu başa çatdı - qrup mərhələsinin ən yaxşıları (VİDEO/FOTO)

Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə AZFAR Business League - ABL Cup 2017/18 korporativ turniri davam edir.

Azərbaycan şirkətləri arasında keçirilən mini-futbol üzrə AZFAR Business League - ABL Cup 2017/18 korporativ turniri davam edir. Belə miqyasda və formatda çempionat Azərbaycanda ilk dəfə olaraq "Azfar Group" şirkətinin futbol meydanlarında keçirilir. Çempionatın siması Azərbaycan yığması və "Qarabağ" futbol klubunun oyunçusu Riçard Almeydadır. Təşkilatçı - ASEP (AZFAR SPORT EVENT & PROMOTION). Çempionatın rəsmi saytı olan www.abl.az, üçüncü turun oyunlarının nəticələri, qrupdaki xal durumu, foto və video materialları görə bilərsiniz. Qrup mərhələsinin son oyun günü ərzində, play-off mərhələsinə vəsiqə qazanan bütün komandalar müəyyən edilmişdir. Play-off mərhələsinə vəsiqə qazanan komandaların siyahısı: 1-ci səbət – qrupun qalibləri: Embawood Azecolab Buta Palace Universal Azersun Gilan Holding M Group Production Silk Way Group 2-ci səbət – qrupun ikinci yerləri: KATV1 City Taxi Port of Baku Təmiz Şəhər Atl Tech Polat Yol Muğanbank Iteca Caspian LLC Qrup mərhələsində üçüncü və dördüncü yerlərini tutan komandalar, 17 və 32 yerlər uğrunda mübarizə aparacaqlar. 14 noyabr saat 19:30-da yarışın rəsmi tərəfdaşı olan Pullman otelində, çempionatın play-off mərhələsinin püşkatma mərasimi baş tutacaq. Hər zaman olduğu kimi, təşkilatçı ASEP şirkəti qonaqlar üçün maraqlı bir tədbir hazırlayır. Qrup mərhələsinin ən yaxşıları Bombardirlər siyahısına başçılığı, 3 oyun ərzində 17 qol vuran Azersun komandasının oyunçusu, Eyyub Əfəndiyev edir. İkinci yerdə, Gilan Holding komandasının oyunçusu Emin Əliyev endirdiyi 10 qol ilə qərarlaşmışdır. İteca Caspian LLC komandasının oyunçusu Elçin Cuvarov endirdiyi 9 qol ilə siyahıda üçüncüdür. Ən yaxşı məhsuldar ötürmələr edən assistentlər siyahısı isə növbətidir. Siyahıda ilk olaraq Azersun komandasının oyunçusu Fərəc Fərzəliyev 11 məhsuldar ötürmə ilə qərarlaşmışdır. İkinci olaraq Universal komandasının oyunçusu Cavid İsmayılov 7, üçüncü olaraq İteca Caspian LLC komandasının oyunçusu Elvin Əlizadə 6 məhsuldar ötürmə ilə siyahıda yer almışdır. İslam Həziyev (Timsport), İsmayıl Hüseynov (Azersun), Bəxtiyar Gözəlov (Gate Baku), Amid Cəfərov (Azersun), Vüqar Mehdiyev (Port of Baku), Elvin Gülmuradov (Gilan Holding), Asim Sarıyev (Silk Way Group) oyunçularını da, çempionatın yaxşıları siyahısında qeyd edə bilərik. Azersun komandası qrup mərhələsində rəqib qapılarına 30 qol, Gilan və Universal komandaları 22 qol vurublar. Daha ətraflı https://www.facebook.com/ablcup/ İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az, Dsport.az, ATV