Aktyor inandırıcı olmaq üçün biləyini kəsdi


Digərləri 14 Noy 2017 13:06:00 304 0

Aktyor inandırıcı olmaq üçün biləyini kəsdi

"Fazilet hanım və kızları" serialında Sinan Egemen obrazını canlandıran aktyor Alp Navruzun başına çəkiliş vaxtı bədbəxt hadisə gəlib.

Son.az axşam.az-a istinadən bildirir ki, ssenariyə əsasən, əlini pəncərəyə çırpmalı olan aktyorun biləyi kəsilib. Alp Dəniz Baysalla mübahisə səhnəsində inandırıcı olsun deyə, əlini zərbə ilə pəncərəyə çırpıb. Nəticədə qırılan şüşələr aktyorun biləyini kəsib.

Dərhal xəstəxanaya çatdırılan Navruzun biləyinə tikiş vurulub. Serialın prodüser şirkəti aktyora dincəlməsi üçün iki günlük istirahət verib.