Erməni ordusunda daha bir biabırçılıq - artilleriyaçılar hərbi hissələrini atəşə tutdu


Digərləri 14 Noy 2017 12:51:00 238 0

Erməni ordusunda daha bir biabırçılıq - artilleriyaçılar hərbi hissələrini atəşə tutdu

İşğalçı Ermənistan ordusunda daha bir biabırçı hadisə baş verib.

Bakı. Samir Əli - İşğalçı Ermənistan ordusunda daha bir biabırçı hadisə baş verib. Trend-in məlumatına görə, təlim məşqləri zamanı döyüş atışları yerinə yetirən Ermənistan ordusunun artilleriyaçıları öz hərbi hissələrini bombalayıblar. Minaatan heyətinin səriştəsizliyi səbəbindən atılan mərmi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazisi - Əsgəran yaşayış məntəqəsi istiqamətində yerləşən tank alayının ərazisinə düşüb. Ölən və yaralananlar barədə məlumat verilməsə də, hadisə ilə bağlı cinayət işi açılıb və istintaq tədbirləri həyata keçirilir.