33 yaşlı qadın Azərbaycandan heroin çıxararkən yaxalandı


Kriminal 14 Noy 2017 12:44:00 251 0

33 yaşlı qadın Azərbaycandan heroin çıxararkən yaxalandı

"Qırmızı körpü" sərhəd keçid məntəqəsində Azərbaycandan Gürcüstana narkotik vasitələr keçirməyə çalışan qadın saxlanılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 33 yaşlı qadın narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və ölkəyə idxalında ittiham olunur. 

Şəxsi axtarış zamanı qadının üzərindən 61 qram narkotik maddə tapılıb, bunun 23 qramı heroin olub. Qadın cinayətini etiraf edib. Yoxlama zamanı onun narkotik maddələrin təsiri altında olduğu müəyyən edilib.