Sabah ölkə ərazisində yağmurlu hava olacaq


Digərləri 14 Noy 2017 12:44:00 176 0

Sabah ölkə ərazisində yağmurlu hava olacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Bakı. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13° isti, gündüz 15-18° isti olacağı gözlənilir. Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Tibbi-meteoroloji proqnoz Yaxın 2 gün ərzində Abşeron yarımadasında meteoroloji amilərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti olacağı gözlənilir.