Misir Azərbaycanın "ASAN Xidmət" sahəsindəki təcrübəsi ilə maraqlanır


Siyasət 14 Noy 2017 12:32:44 312 0

Misir Azərbaycanın "ASAN Xidmət" sahəsindəki təcrübəsi ilə maraqlanır

Cənubi Sinay vilayətinin qubernatoru: "Bütün sahələrdə Azərbaycan ilə əlaqələrin möhkəmləndirilməsinə və inkişafına çalışırıq"

"Bütün sahələrdə Azərbaycan ilə əlaqələrin möhkəmləndirilməsinə və inkişafına çalışırıq".

"Report" xəbər verir ki, bunu Misirin Cənubi Sinay vilayətinin qubernatoru Xalid Fouda Bakıda keçirilən brifinqdə deyib.

Vali bildirib ki, bu, onun Bakıya ikinci səfəridir. O, Misirin Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb.

Onun sözlərinə görə, Bakıda keçirəcəyi danışıqların əsas mövzusu Misir və Azərbaycan arasında qarşılıqlı turist axınını artırmaq olacaq.

O, həmçinin Misir tərəfinin Azərbaycanın "ASAN Xidmət" sahəsindəki təcrübəsini öyrənmək və Şarm əş-Şeyxdə pilot layihə həyata keçirmək niyyətində olduğunu diqqətə çatdırıb.

"Bundan əlavə, AZAL nümayəndələri ilə görüşmək və Bakı-Şarm əş-Şeyx birbaşa reysinin açılışını müzakirə etmək niyyətindəyik", - Cənubi Sinay vilayətinin qubernator bildirib.