Azərbaycan-Misir Hökumətlərarası Komissiyasının iclasının keçiriləcəyi tarix məlum olub


Siyasət 14 Noy 2017 12:21:04 266 0

Azərbaycan-Misir Hökumətlərarası Komissiyasının iclasının keçiriləcəyi tarix məlum olub

Azərbaycan tərəfdən komissiyanın sədri iqtisadiyyat naziri Şahin Mustafayevin olacağı gözlənilir

Azərbaycan-Misir Hökumətlərarası Komissiyasının iclası 2018-ci ilin fevral ayında Qahirədə keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə brifinqdə Misirin Azərbaycandakı səfiri Syuzan Cəmil bildirib.

Ümumiyyətlə, bu, Azərbaycanla Misir arasında iqtisadi, texniki və elmi əməkdaşlıq komissiyasının dördüncü iclası olacaq. Sonuncu iclas 2007-ci ildə Bakıda keçirilib.

Azərbaycan tərəfdən komissiyanın sədri iqtisadiyyat naziri Şahin Mustafayevin olacağı gözlənilir.