Dənizkənarı Bulvar İdarəsi "Azenco" ASC-ni məhkəməyə verib


Sosial 14 Noy 2017 12:11:00 348 0

Dənizkənarı Bulvar İdarəsi "Azenco" ASC-ni məhkəməyə verib

Birinci instansiya məhkəməsində çıxarılan qətnamə dəyişdirilmədən saxlanılıb

Azərbaycan Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi "Azenco" Açıq Səhmdar Cəmiyyətini (ASC) məhkəməyə verib.

"Report"un məlumatına görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Dənizkənarı Bulvar İdarəsi satınalma müqaviləsinin və ona əlavə olunan xüsusi şərtlərin etibarsız hesab edilməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddianı təmin etməyib.

Həmin qərardan narazı qalan ASC apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi "Azenco"nun apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlayıb.