Yəməndə terrorçu-kamikadze abtomobildə maşında özünü partladıb, ölənlər var


Dünya 14 Noy 2017 11:57:16 273 0

Yəməndə terrorçu-kamikadze abtomobildə maşında özünü partladıb, ölənlər var

Hadisə nəticəsində 6 hərbçi həlak olub, 25-dən çoxu yaralanıb

Yəmənin cənubundakı Ədən şəhərində terrorçu-kamikadze partlayıcı yüklü abtomobili təhlükəsizlik qüvvələrinin qərargahı qarşısında partladıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 hərbçi həlak olub, 25-dən çoxu yaralanıb.

Məlumata görə, bu qərargah Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə bu yaxınlarda Yəmənin cənubunda formalaşdırılan "təhlükəsizlik zonası"na daxil olub.