Yerevanda məhbus qaçıb


Dünya 14 Noy 2017 11:59:33 240 0

Yerevanda məhbus qaçıb

Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir

Ermənistanda məhbus saxlanıldığı xəstəxanadan qaçıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Ədliyyə Nazirliyi yayıb.

“Nubaraşen” islah müəssisəsində cəza çəkən 30 yaşlı Telman Alaverdiyan Yerevandakı “Nork” yolxucu xəstəliklər xəstəxanasına yerləşdirilibmiş. O, noyabrın 14-də xəstəxanadan qaçıb. 

Məhbusun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.