20 min müəllim işdən qovuldu


Dünya 14 Noy 2017 11:54:00 251 0

20 min müəllim işdən qovuldu

10-cu sinif şagirdlərinin bilik səviyyəsində hazırlanan testi keçə bilməyən 20 min müəllim işdən çıxarılıb

.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Nigeriyada 20 mindən çox müəllim imtahandan kəsildikləri üçün işdən qovulublar.

Ölkə prezidenti Muhammadu Buhari 20 min müəllimin imtahandan keçə bilməməsini faciə adlandırıb.

"Bu, çox ciddi məsələdir ki, müəllimlər imtahandan keçə bilmirlər, amma şagirdlərindən imtahandan keçməyi tələb edirlər. 20 min müəllimin imtahandan kəsilməsi faciədir".

İmtahanların keçirildiyi Kaduna şəhərinin valisi Mallam Nasir Ahmad El-Rufai müəllimlərdən bir neçəsinin test nəticələrini sosial şəbəkədə paylaşıb və qeyd olaraq "İmtahan nəticələri belə olan birinin övladlarınıza nəsə öyrətməsinə razı olarsınız?" yazıb.


Xəbərə aid fotolar