Daha iki məktəblimiz Avropa çempionu oldu FOTO


Digərləri 14 Noy 2017 11:46:00 214 0

Daha iki məktəblimiz Avropa çempionu oldu  FOTO

Paytaxt məktəbliləri Avropa çempionatında I yeri tutub.

Son.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 175 nömrəli tam orta məktəbin VII sinif şagirdi Rəmzi Rəhimli və 7 nömrəli tam orta məktəbin X sinif şagirdi Murad Kərimli Bakı şəhərində keçirilən pençak-silat idmanı üzrə Avropa çempionatında bütün rəqibləri üzərində qələbə qazanıblar. Rəmzi Rəhimli 12-14, Murad Kərimli 14-17 yaş arasındakı idmançıların qatıldığı yarışlarda qələbəni təmin edib.

Qaliblərə medal və diplomlar təqdim olunub.


Xəbərə aid fotolar