Residivist bu dəfə Bakıda qadını soydu FOTO


Kriminal 14 Noy 2017 11:50:00 285 0

Residivist bu dəfə Bakıda qadını soydu  FOTO

Paytaxtın Nizami rayonunda qadının mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirən şəxs polis əməkdaşının çevikliyi sayəsində zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyindən (DİN) Son.az-a verilən məlumata görə, cari ilin noyabrın 12-də Qara Qarayev prospektində yerləşən ticarət mərkəzlərindən birinin qarşısında naməlum şəxs paytaxt sakini olan bir qadının 550 manat dəyərində "Samsung" markalı mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb. Zərərçəkən hadisə barədə həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının 5-ci Patrul Bölüyünün əməkdaşlarına məlumat verib.

Dərhal polis serjantı Orxan Ağcayev tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin isti izlərlə axtarışı həyata keçirilib və o, polisin çevikliyi sayəsində hadisə yerindən 300-400 metr kənarda saxlanılaraq zərərsizləşdirilib. Saxlanılan şəxs ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 24-cüc Polis Bölməsinə təhvil verdik. Onun üzərindən qadına aid mobil telefon aşkar olunub və sahibinə qaytarılıb.

Bölmədə araşdırma aparılan zaman cinayəti törətməkdə şübhəli bilinən şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Mingəçevir şəhər sakini Emil Məmmədov olduğu məlum olub. O, ifadəsində soyğunçuluq hadisəsini törətdiyini etiraf edib.


Xəbərə aid fotolar