Karles Puçdemon Kataloniyanın müstəqilliyindən imtina variantını istisna etməyib


Dünya 14 Noy 2017 11:29:26 299 0

Karles Puçdemon Kataloniyanın müstəqilliyindən imtina variantını istisna etməyib

"Mövcud vəziyyətin səbəbi 2010-cu ildə muxtariyyətin statusunun ləğv edilməsidir"

Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon regiondakı böhranı Kataloniyanın İspaniyadan ayrılmaması yolu ilə həll etmək variantını nəzərdən keçirdiyini açıqlayıb.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, o, konkret hansı variantdan bəhs etdiyini açıqlamayıb.

K.Puçdemon mövcud vəziyyətin səbəbinin 2010-cu ildə muxtariyyətin Kataloniya və İspaniya hökuməti tərəfindən təsdiq edilmiş statusunun ləğv edilməsi ilə bağlı olduğunu deyib.

Qeyd edək ki, daha əvvəl Kataloniyanın keçmiş rəhbərinin Avropa İttifaqını İspaniya hökumətinə təzyiq göstərməyə çağırdığı vurğulanırdı.