Bakıda avtomobillə vurulan iki piyada öldü
Digərləri 14 Noy 2017 11:22:00 225 0
Bakıda iki piyadanı maşın vuraraq öldürüb.
Son.az APA-ya istinadən xəbər verir ki, Bakının Sabunçu rayonu ərazisində Ramal Quliyev idarə etdiyi "Daewoo" markalı maşınla yolu keçən 1952-ci il təvəllüdlü Etibar Ağalarovu vurub. Paytaxtın Binəqədi rayonunda isə "KamAZ" markalı qaldırıcı kran 1958-ci il təvəllüdlü Nazxanım Hacıyevanı vuraraq öldürüb. Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Mənbə: milli.az