Telman İsmayılov Fransadan sığınacaq istədi


Kriminal 14 Noy 2017 11:20:00 268 0

Telman İsmayılov Fransadan sığınacaq istədi

İki nəfərin qətlində şübhəli bilinən və haqqında qiyabi həbs qərarı çıxarılaraq beynəlxalq axtarışa verilən azərbaycanlı iş adamı Telman İsmayılovun Fransaya sığındığı bildirilir. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Rosbalt"  hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Telman və qardaşı Vaqif İsmayılov Türkiyəni tərk edərək bu ölkəyə köçüb. Onlar qonşu ölkəni tərk edənə qədər Mardan Palace yaxınlığındakı iqamətgahlarında yaşayıblar.