DÇ-2018: 29 iştirakçı bəllidir


İdman 14 Noy 2017 10:27:00 295 0

DÇ-2018: 29 iştirakçı bəllidir

2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan daha bir komanda müəyyənləşib.

İsveç pley-offda İtaliyanı mübarizədən kənarlaşdırmaqla mundiala yollanıb.

Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 29-a çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama, Seneqal, Tunis, Mərakeş, Xorvatiya və İsveçrə yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

Digər 3 iştirakçının adı son 3 oyundan sonra müəyyənləşəcək.

 

14 noyabr. İrlandiya – Danimarka (ilk oyun: 0:0)

15 noyabr. Avstraliya – Honduras (ilk oyun: 0:0)

16 noyabr. Peru – Yeni Zelandiya (ilk oyun: 0:0)