Əfqanıstanda terrorçularla atışmada 22 hərbçi ölüb, 15-i yaralanıb


Sosial 14 Noy 2017 10:18:19 274 0

Əfqanıstanda terrorçularla atışmada 22 hərbçi ölüb, 15-i yaralanıb

Atışma nəticəsində 40 terrorçu zərərsizləşdirilib

Əfqanıstanın Qəndəhar əyalətində terrorçu “Taliban” hərəkatının hücumu nəticəsində 22 hərbçi öldürülüb, 15-i yaralanıb.

“Report” “Tolo News”a istinadən xəbər verir ki, bunu yerli polis idarəsindən bildiriblər.

Məlumata görə, hərbçilərlə terrorçular arasında atışma bir saata yaxın davam edib. Atışma nəticəsində 40 terrorçu zərərsizləşdirilib, 35-i isə yaralanıb.

Polisdən bildirilib ki, bu son illərin ən geniş hücumlarından sayılır.